Zorakılıq və oğurluq faktlarına görə bir nəfər saxlanılıb
Hüquq-mühafizə orqanları tərəfindən 2000-ci il təvəllüdlü Q.Q. ailə zorakılığı, iki və ya daha çox şəxsə qəsdən ağır xəsarət yetirmə və oğurluq ittihamları ilə saxlanılıb. Bu barədə "report.ge"-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Aparılan istintaq nəticəsində, təqsirləndirilən şəxsin qonşu qadına - 1989-cu il təvəllüdlü M.M.-ya təcavüz etdiyi müəyyənləşdirilib. Daha sonra Q.Q. qonşu qardaşlarla - 1999-cu il təvəllüdlü T.R. və 2004-cü il təvəllüdlü N.R.-nı bıçaqla yaralayıb. Hər iki yaralı klinikaya aparılıb.

İstintaq nəticəsində ayrıca, təqsirləndirilən şəxslərin bu ilin iyun və iyul aylarında Telavi şəhərindəki ərzaq mağazalarını qarət etdiklərini də təsbit edilib.

Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa xəsarət yetirmə, ailədaxili zorakılıq faktlarını nəzərdə tutan 117-ci maddəsinin 7-ci hissəsinin "a" bəndi, 126-cı maddəsinin 1-ci hissəsi və 177-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən istintaq aparılır.

Törədilmiş cinayətə görə, 9 ildən 13 ilədək həbs cəzası ilə nəzərdə tutulur.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google