Hüquq-mühafizə orqanları tərəfindən 2000-ci il təvəllüdlü Q.Q. ailə
zorakılığı, iki və ya daha çox şəxsə qəsdən ağır xəsarət yetirmə və
oğurluq ittihamları ilə saxlanılıb.
Bu barədə "report.ge"-yə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Aparılan istintaq nəticəsində, təqsirləndirilən şəxsin qonşu qadına
- 1989-cu il təvəllüdlü M.M.-ya təcavüz etdiyi müəyyənləşdirilib.
Daha sonra Q.Q. qonşu qardaşlarla - 1999-cu il təvəllüdlü T.R. və
2004-cü il təvəllüdlü N.R.-nı bıçaqla yaralayıb. Hər iki yaralı
klinikaya aparılıb.
İstintaq nəticəsində ayrıca, təqsirləndirilən şəxslərin bu ilin
iyun və iyul aylarında Telavi şəhərindəki ərzaq mağazalarını qarət
etdiklərini də təsbit edilib.
Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa xəsarət yetirmə,
ailədaxili zorakılıq faktlarını nəzərdə tutan 117-ci maddəsinin
7-ci hissəsinin "a" bəndi, 126-cı maddəsinin 1-ci hissəsi və 177-ci
maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən istintaq
aparılır.
Törədilmiş cinayətə görə, 9 ildən 13 ilədək həbs cəzası ilə nəzərdə
tutulur.