Gürcüstan Hökumətinin "Təcrid və Karantin Qaydalarının Təsdiqinə
dair" qərarında dəyişikliklər edilib.
Dəyişikliklərə görə, təlimlərdə, konfranslarda, seminarlarda
iştiraka yalnız ilkin "PCR" testləri əsasında icazə veriləcək.
Bundan əlavə, təşkilati formasından və məkanından asılı olmayaraq
düşərgə tipli toplantılar qadağan olunur.
Həmçinin, 18 yaşınadək olan yeniyetmələrin idman turnirləri və məşq
sessiyaları bütün iştirakçıların PCR testindən keçməsi halında
təşkil edilə bilər.
Baş nazir İrakli Qaribaşvilinin imzaladığı dəyişikliklər 19 iyulda
qüvvəyə minəcək.
Mənbə: formulanews.ge