19 iyuldan etibarən bu qaydalar tətbiq ediləcək
Gürcüstan Hökumətinin "Təcrid və Karantin Qaydalarının Təsdiqinə dair" qərarında dəyişikliklər edilib.

Dəyişikliklərə görə, təlimlərdə, konfranslarda, seminarlarda iştiraka yalnız ilkin "PCR" testləri əsasında icazə veriləcək.

Bundan əlavə, təşkilati formasından və məkanından asılı olmayaraq düşərgə tipli toplantılar qadağan olunur.

Həmçinin, 18 yaşınadək olan yeniyetmələrin idman turnirləri və məşq sessiyaları bütün iştirakçıların PCR testindən keçməsi halında təşkil edilə bilər.

Baş nazir İrakli Qaribaşvilinin imzaladığı dəyişikliklər 19 iyulda qüvvəyə minəcək.

Mənbə: formulanews.ge
Print