Bu ilin I yarısında Gürcüstanın dəmir yolları ilə 6 milyon ton yük
daşınıb.
Bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həcm 500 min ton
artıb. Yük daşımalarında 10 %-lik artım son 11 ilin rekord
göstəricisi kimi qeydə alınıb.
Məlumata əsasən, yanvar-iyunda Azərbaycanın neft məhsullarının
tranziti
70 % artıb. Çin-Avropa istiqamətində konteyner
daşımalarında da rekord artım olub. Hesabat dövründə 4 679 TEU
tipli konteyner daşınıb ki, bu da illik müqayisədə 3,7 dəfə
çoxdur.
Mənbə: report.az