"Yenidən bağlamalı olacağıq"
Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, ölkədəki peyvənd prosesi sürətlə davam etməsə və yoluxmuş insanların sayı artmağa davam edərsə, hökumət ölkəni yenidən bağlamalı və rəhbər tərəfindən əlavə məhdudiyyətlər qoyulmalıdır. Hökümət bunu etmək istəmir. Buna görə də, peyvənd olunmaq lazımdır.

Qaribaşvili bu barədə hökumət iclasından əvvəl danışıb.

"Vətəndaşlarımızdan peyvənd prosesində fəal iştirak etmələrini istərdim. Dünən 11 000 peyvənd apardıq, bu da azdır. Gündə 20-30 min aşılamasaq, çox çətin olacaq. Bu çox pis bir tendensiyadır. Ölkədə demək olar ki, hər şey açılıb və uğurla işləyir. İqtisadiyyat sürətlə bərpa olunmağa, canlanmağa başlayıb. Vətəndaşlar iş yerlərinə qayıtdılar. Batumidə demək olar ki, bütün məkanlar, kafe və barlar vətəndaşlarımız və turistlərlə dolu olur. Hörmətli vətəndaşlarımıza bir daha xahişlə müraciət etmək istəyirəm, bəzi məhdudiyyətləri yenidən tətbiq etmək lazım olsa bütün bunlar suya düşmüş olacaq. Mən qapanma və bu kimi sözləri istifadə etmək istəmirəm, sadəcə asan bir tələbimiz var, xahiş edirik peyvənd olun! Bunu etmək çox asandır. Ölkəmiz bağlanmağa dözə bilməyəcək",
- deyə İrakli Qaribaşvili bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google