Qəza itki ilə nəticələnib
Sameqreloda baş verən yol qəzası itki ilə başa çatıb.

Zuqdidi-Senaki mərkəzi magistral yolunda, mikroavtobus sürücüsü sükanı idarə edə bilməyib, yoldan çıxaraq aşıb.

Qəza nəticəsində bir nəfər həyatını itirib, bir nəfər yaralanıb. Yaralı təcili yardım briqadası tərəfindən tibbi müəssisəyə aparılıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı istintaq başladıb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google