Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı məlum oldu
Gürcüstanda ötən sutkada koronavirusa 2 415 yeni yoluxma halı təsdiqlənib, 943 nəfər sağalıb, 26 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 393 360 nəfərə yüksəlib. Onların 368 073-ü sağalıb, 5 618-i isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 19 643 nəfərdir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google