Gürcüstanda ABŞ-la birgə “Agile Spirit 2021” (“Çevik ruh”)
çoxmillətli hərbi təlimlər keçiriləcək.
Iyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam
edəcək.
ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi
manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya,
Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə,
Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2
500-ə yaxın hərbi heyət iştirak edəcək.
Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və
regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və
qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.
“Agile Spirit 2021” təlimləri komanda-qərargah, çöl şəraitində
keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra
olunacaq.
Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana
çatdırılıb.
Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci
ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il
keçirilir.
Mənbə: report.az