Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı məlum oldu
Gürcüstanda son sutkada koronavirusa 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 410 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində daha 18 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 395 621 nəfərdə aşkarlanıb. Onların 369 483-ü sağalıb, 5 636-sı isə dünyasını dəyişib.

Aktiv xəstə sayı 20 476 nəfər təşkil edir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google