Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı məlum oldu
Gürcüstanda son sutkada koronavirusa 2 261 yeni yoluxma faktı qeydə
alınıb, 1 410 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Ötən 24 saat ərzində daha 18 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 395 621 nəfərdə
aşkarlanıb. Onların 369 483-ü sağalıb, 5 636-sı isə dünyasını
dəyişib.
Aktiv xəstə sayı 20 476 nəfər təşkil edir.