Qardabani Bələdiyyəsinin büdcəsi artıb
Qardabani bələdiyyəsinin 2021-ci il büdcəsi 3 milyon yarım lari artırılıb, - bu gün Qardabani Şəhər Şurasının iclasında məlum olub.

Ümumilikdə, bu il Qardabani büdcəsi 39 milyon laridən çox olub. Bu gün nümayəndə heyətinin qərarı ilə sosial və infrastruktur layihələrinə əlavə vəsait ayrılıb.

Deputatlar 11 məsələni müzakirə edərək müsbət qərar veriblər. Bunların arasında vətəndaşlara sosial yardım və idmançıların mükafatlandırılması məsələləri də yer alıb.

Mənbə: 4tv.ge
Print