Qaxariya öz partiyasından mer namizədi olacaq
Qiorqi Qaxariyanın partiyasından "Gürcüstan naminə" paytaxt merliyinə öz namizədliyini irəli sürəcək.

Partiya üzvü Natia Mezvrişvili bu barədə "Palitranius" - a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, partiya "Milli Hərəkat" -la ittifaq quracaq.

"Əvvəlcədən qərara gəldik ki, bu məsələlərdə müxalifət partiyaları ilə danışıqlar aparmayacağıq. Namizədlərimiz Tbilisidə və bölgələrdə olacaq. Mənasız müzakirələrdə itirmək üçün vaxtımız yoxdur, buna görə danışıqlar və müzakirələr aparmadan bölgələri tərk etdik",
- deyə Natia Mezvrişvili bildirib.

Mənbə: report.ge
Print