Səfərli kəndində ictimai kitabxananın açılması planlaşdırılır
Dmanisi bələdiyyəsinin Səfərli kəndində ictimai kitabxananın açılması planlaşdırılır. Həmin ideyanın müəllifi isə 19 yaşlı Ruslan Ömərovdur.

Onun ən böyük arzularından biri kəndlərində gənclərin qeyri-formal təhsil alması üçün hər hansı bir mərkəzin olmasıdır. Ruslan Ömərov ilk növbədə dostları ilə məsləhətləşərək kənddə kitabxana açmağa qərar veriblər. Daha sonra ideyasını həyata keçirmək üçün “Orbeliani” fondunun elan etdiyi ideya müsabiqəsinə qoşulublar və öz layihələrini fonda təqdim ediblər.

Ömərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onların “Orbeliani” fonduna təqdim etdiyi layihə artıq qalib gəlib. İndi layihəni həyata keçirmək üçün onlara müəyyən məbləğdə vəsait lazımdır.

“Kitabxanaya lazım olan ləvazimatlar, kitab, stol, stul, kompüter üçün təxminən 4300 lariyə ehtiyac var. “Orbeliani” fondunun proqramına əsasən 4300 larinin 10%-ni biz özümüz toplamalıyıq. Kitabxana qurmaq istədiyimiz yerdə vəziyyət pisdir və təmir olunmalıdır. Divar və tavan mütləq təmir olunmalıdır. Düşündük ki, bizim bu məbləğə ehtiyacımız var.”

Ömərov bildirdi ki, kitabxananın Səfərli kəndinin mərkəzində açılmasını nəzərdə tutublar.

Qeyd edək ki, Səfərli kəndində kitabxananın yaradılması ideyası fəal gənclər Elnur Əliyev, Zaur Xəlilov və Ruslan Ömərova məxsusdur.

Kitabxananın açılmasına dəstək olmaq üçün linkə daxil ola bilərsiniz: link

"Marneuli" Radiosu
Print