Gürcüstan builki iqtisadi artım proqnozunu artırıb
Gürcüstan parlamenti builki dövlət büdcəsinə düzəlişləri təsdiqləyib.

85 deputat sənədin lehinə səs verib.

Sənəddə iqtisadi artım 7,7 % səviyyəsində müəyyən edilib.

Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze bildirib ki, planlaşdırılmış yüksək artım büdcə gəlirlərini artırmağa imkan verəcək.

Dövlət büdcəsinin əvvəlki redaksiyasında 2021-ci il üçün iqtisadi artım proqnozu 4,3 % olub. Bu yaxınlarda Beynəxalq Valyuta Fondu Gürcüstan iqtisadiyyatında 7,7 %-lik artım proqnozlaşdırıb.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია