Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı məlum oldu
Gürcüstanda ötən sutkada daha 2 460 nəfərdə koronavirus aşkarlanıb,
20 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Son 24 saat ərzində daha 1 082 nəfər sağalaraq evə buraxılıb.
Ölkədə indiyədək COVID-19 infeksiyasına 398 081 yoluxma halı
təsdiqlənib. Yoluxanların 370 565-i sağalıb, 5 656-sı isə ölüb.