Maliyyə Nazirliyinin Vergilər Xidməti Vergi Monitorinqi
Departamentinin əməkdaşları Martvili, Rustavi və Tbilisidə
keçirilən əməliyyatlar nəticəsində 2.5 kq tütün və 501 paket
aksizsiz siqaretin qeyri-qanuni şəkildə saxlama-daşınması üzrə 4
fakt aşkar ediblər.
Məlumatı Maliyyə Nazirliyinin Gəlir Xidməti yayır.
Qurumdan verilən məlumata görə, Gürcüstan İnzibati Xətalar
Məcəlləsinin 192-ci maddəsinin 5-ci hissəsinə əsasən qanunu pozan
vətəndaşlar aksizsiz mallardan məhrum edilib. Qeyd olunan faktlar
üzrə, cinayət törətmiş şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin
1552-ci maddəsinə əsasən, inzibati xətalar haqqında protokollar
tərtib edilib və iş materialları məhkəmənin səlahiyyətinə uyğun
olaraq göndərilib.