2,5 kq tütün və 501 paket aksizsiz siqaret
Maliyyə Nazirliyinin Vergilər Xidməti Vergi Monitorinqi Departamentinin əməkdaşları Martvili, Rustavi və Tbilisidə keçirilən əməliyyatlar nəticəsində 2.5 kq tütün və 501 paket aksizsiz siqaretin qeyri-qanuni şəkildə saxlama-daşınması üzrə 4 fakt aşkar ediblər.

Məlumatı Maliyyə Nazirliyinin Gəlir Xidməti yayır.

Qurumdan verilən məlumata görə, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 5-ci hissəsinə əsasən qanunu pozan vətəndaşlar aksizsiz mallardan məhrum edilib. Qeyd olunan faktlar üzrə, cinayət törətmiş şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 1552-ci maddəsinə əsasən, inzibati xətalar haqqında protokollar tərtib edilib və iş materialları məhkəmənin səlahiyyətinə uyğun olaraq göndərilib.

Mənbə: inforustavi.ge
Print