Boris Çoçiev koronavirus səbəbi ilə həyatını itirib
Əvvəllər de-fakto Cənubi Osetiyada bir sıra vəzifələrdə olmuş Boris Çoçiev, 22 iyulda koronavirusdan dünyasını dəyişib.

Osetiyanın "Sputnik" mətbuat xidmətinin yaydığı məlumata görə, o, 64 yaşında Vladikavkazda klinikalardan birində vəfat edib.

Boris Çoçiev əvvəllər de-fakto Xüsusi Hallar Nazirliyinə rəhbərlik etmiş, de-fakto prezident Leonid Tibilov administrasiyasının rəhbəri olub.

2008-ci il müharibəsindən sonra rəsmi Tbilisinin iştirak etdiyi proseslərə qatılıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google