AŞPA prezidenti Gürcüstana səfər edəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rik Daems Gürcüstana işgüzar səfər edəcək.

AŞPA-nın saytının yaydığı məlumata görə, o iyulun 27-28-də Gürcüstanda səfərdə olacaq.

AŞPA Prezidenti Gürcüstan parlamentinin spikeri, Baş nazir, xarici işlər, ədliyyə və daxili işlər nazirləri ilə görüşlər keçirəcək.

O, həmçinin insan haqları və sivil inteqrasiya komitəsinin sədri, Gürcüstanın AŞPA-dakı parlament üzvləri ilə də görüşəcək.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია