Gürcüstan hökuməti qarşıdakı 10 il ərzində infrastruktur və
regional inkişaf layihələrinə 32 milyard lari xərcləyəcək.
Bu barədə Baş nazir İrakli Qaribaşvili Gürcüstanın İnfrastruktur və
Regional İnkişaf Nazirliyinin yeni 10 illik inkişaf planının
təqdimat mərasimində deyib.
Hökumət başçısının sözlərinə görə, bu vəsait regionlardakı
infrastrukturun, yolları, körpülərin, su təchizatının yenilənməsinə
xərclənəcək. Hökumət bu yolla regionların tam avropalaşmasına və
modernizasiyasına nail olmağa çalışır.
Ümumilikdə isə layihə ölkənin 62 bələdiyyəsi ərazisində növbəti 10
il ərzində həyata keçiriləcək.
Mənbə: azertac.az