Bu gün, 23 iyul tarixində axşam saatlarında Marneulinin Rustaveli
küçəsində bıçaqlanma hadisəsi baş verib.
"Marneuli" radiosu 24News.ge-ə istinadən xəbər verir ki, hadisə
nəticəsində orta yaşlı qadın qol nahiyəsindən yaralanıb. Belə ki,
iki gənc arasında mübahisə yaranıb. Gənclərdən birinin anası
mübahisəyə müdaxilə etmək istəyən zaman təsadüfən qolundan xəsarət
alıb.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən,
yaralanan qadına ilkin tibbi yardım göstərilib. Mübahisə edən
gənclər isə polis tərəfindən saxlanılıb. Bununla yanaşı hadisəyə
şahidlik edənlərdən bir neçə nəfər polis tərəfindən dindirilib.
Bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılır.