Ermənistan-Azərbaycan dövlət sərhədində atışma davam edir – Azərbaycan MN
Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma
hazırda da davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat
yayıb.
Qeyd olunub ki, Azərbaycan Ordusun bölmələri cavab atəşi ilə qarşı
tərəfi susdurur.
Qeyd edək ki, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı
qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən
Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin
Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Məlumata görə,
qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu
gizir Yaqublı Fərman Telman oğlu şəhid olub.