Dmanisinin Gödəkdağ kənd sakinləri Kvemo Kartli quberniyası qarşısında aksiya keçiriblər – VİDEO
23:55 / 23.07.2021
Dmanisi rayonunun Gödəkdağ kənd sakinləri Kvemo Kartli quberniyası
qarşısında aksiya keçiriblər.
Belə ki, 50-yə qədər ailənin uzun illərdir istifadə etdikləri 25
hektaradək torpaq sahəsi özəlləşdirilib. Nəticədə maldarlıqla
məşğul olan Dödəkdağ sakinləri biçindən topladıqları məhsulları
götürə bilmirlər.
Sakinlər onu da bildirək ki, mövcud məsələ ilə bağlı ötən gün
Dmanisi rayon İcra Hakimiyyəti qarşısında toplaşan sakinlər rayon
rəhbərliyindən problemlərinin həlli ilə bağlı müsbət cavab
almayıblar.
Bu gün isə Gödəkdağda torpaq problemi ilə üzləşən onlarla sakin
Rustavi şəhərinə gələrək bölgə qurbernatorluğu qarşısında aksiya
keçiriblər.
Daha ətraflı Baku TV-nin hazırladığı video süjeti izləyə
bilərsiz: