Marneuli yerli özünüidarəsi Tsereteli kəndində suvarma kanalının
bərpa edilməsini planlaşdırır.
Yerli özünüidarə 27 avqust tarixində Tseretelidə suvarma suyunun
bərpa işləri üçün tender elan edib.
“Tsereteli kəndi ərazisində kənd-təsərrüfatı torpaq
sahələrinin suvarılması üçün mövcud olan suvarma sistemləri kifayət
etmir. Müvafiq olaraq sifarişçidən tapşırıq aldıq ki, əlavə su
almaq üçün optimal variant seçək. Suvarma suyu Xram kanalından
götürülməli idi. Layihə istiqamətində hazırda yerüstü kanal var və
Dioqnisi kəndi, hərbi aerodorom ərazisini təmin edir. Kanalın
parametrləri pozulub (oyma, uzun profil, plan). Kanalın səthi otla
örtülüb və bu suyun hərəkət sürətinə mane olur. Həmçinin, suvarma
suyu torpağa hopur, bunlar hamısı isə yekun nəticəyə mənfi təsir
göstərir. Layihə başa çatdıqdan sonra yeni kanalın bir qismi – 1,5
km Tsereteli kəndində, eləcə də Dioqnisi istiqamətində xidmət
gösətərəcək”, – suvarma kanalının bərpası layihəsində
qeyd olunub.
Marneuli meriyası Tseretlinin suvarma kanalının bərpası üçün 908
983 lari xərcləməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən
şirkətlər 15 sentyabrdan 20 sentyabra qədər təkliflərini təqdim edə
bilərlər. Tender sənədlərinə əsasən qalib şirkət suvarma kanalının
bərpasını 150 günə tamamlamalıdır.