Marneuli meriyası Tseretelidə suvarma kanalının bərpasına 908 983 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi Tsereteli kəndində suvarma kanalının bərpa edilməsini planlaşdırır. Yerli özünüidarə 27 avqust tarixində Tseretelidə suvarma suyunun bərpa işləri üçün tender elan edib.

“Tsereteli kəndi ərazisində kənd-təsərrüfatı torpaq sahələrinin suvarılması üçün mövcud olan suvarma sistemləri kifayət etmir. Müvafiq olaraq sifarişçidən tapşırıq aldıq ki, əlavə su almaq üçün optimal variant seçək. Suvarma suyu Xram kanalından götürülməli idi. Layihə istiqamətində hazırda yerüstü kanal var və Dioqnisi kəndi, hərbi aerodorom ərazisini təmin edir. Kanalın parametrləri pozulub (oyma, uzun profil, plan). Kanalın səthi otla örtülüb və bu suyun hərəkət sürətinə mane olur. Həmçinin, suvarma suyu torpağa hopur, bunlar hamısı isə yekun nəticəyə mənfi təsir göstərir. Layihə başa çatdıqdan sonra yeni kanalın bir qismi – 1,5 km Tsereteli kəndində, eləcə də Dioqnisi istiqamətində xidmət gösətərəcək”, – suvarma kanalının bərpası layihəsində qeyd olunub.

Marneuli meriyası Tseretlinin suvarma kanalının bərpası üçün 908 983 lari xərcləməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən şirkətlər 15 sentyabrdan 20 sentyabra qədər təkliflərini təqdim edə bilərlər. Tender sənədlərinə əsasən qalib şirkət suvarma kanalının bərpasını 150 günə tamamlamalıdır.

"Marneuli" Radiosu
Print