Marneulidə Su Təchizatı Sisteminin tikintisində işləyən işçilər
hələ də əməkhaqqılarını almayıblar.
100-dən artıq işçi artıq bir neçə aydır “Akelik” və “Tera”
şirkətindən əməkhaqqılarını tələb etsələr də, nəticə yoxdur.
Bu gün, 3 sentyabr tarixində, əməkhaqqısız qalmış işçilər yenidən
Marneuli meriyası qarşısında aksiya keçiriblər. Meriyadan aksiya
iştirakçıları ilə görüşmək üçün heç kim çıxmadıqda, işçilər “Gürcü
Arzusu”-nun qərargahı qarşısını gediblər.
İşçilərdən biri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
“Gürcü Arzusu”-nun ofisindən yardım ala bilməyiblər və
əməkhaqqılarını nə zaman alacaqlarını da aydınlaşdıra
bilməyiblər.
Aksiya iştirakçıları “Gürcü Arzusu”-ndan çıxdıqdan sonra onlara
kömək edəcəkləri barədə vəd almayıblar və aksiyanı Parlament
qarşısında keçirəcəklərini elan ediblər. Onların sözlərinə görə,
gələn həftənin əvvəlindən Tbilisidə, Parlament qarşısında, geniş
miqyaslı aksiyalar planlaşdırırlar.
Qeyd edək ki, Marneulidə Su Təchizatı sisteminin tikintisində
işləyən işçilərlər 2020-ci ildən əməkhaqqılarının ödənməsi tələbi
ilə aksiyalar keçirirlər. Onlar davamlı şəkildə Marneuli
meriyasının, “Akelik” və “Tera” şirkətinin və Birləşmiş Su
Təchizatı ofisinin qarşısında toplaşırlar.
Asiya İnkişaf Bankı “Su təchizatı-kanalizasiya sisteminin
tikintisi” layihəsinə “Şəhər xidmətinin yaxşılaşdırılmasına sərmayə
qoyulması” proqramı çərçivəsində 55 940 022 dollar ayırıb. Tikinti
işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirir.