Gürcüstan Milli Kitabxanasının təşəbbüsü ilə Tserakvidə “kitabxana
parkı” açılıb.
Gürcüstan Milli Kitabxanasının rəhbəri Qiorqi Kekelidze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, “Kitabxana parkı” Gürcüstan
miqyasında bütün kəndlərdə və inzibati mərkəzdə qurulacaq.
“Bunun iki məqsədi var. Biri kitabın simvolik şəkildə
xatırladılmasıdır. Digəri isə praktikidir, sən bu kitabları
götürürsən və oxuyursan, qaytarırsan və s. Kəndin özü tamamilə
əfsanəvidir. Bir tərəfdən böyük gürcü yazıçısı Mixeil
Cavaxişvilinin kəndidir. Digər tərəfdən kitabxana ilə də
əlaqədardır. Çünki həmin kənddən olan Nodar Tsuleiskiri kitabxana
rəhbəri və eyni zamanda çox yaxşı yazıçı
idi.”
Qiorqi Kekelidzenin sözlərinə görə, Milli Kitabxana Marneulinin
bütün kəndlərində “kitabxana parkı” ya “kənd kitabxanası”-nın
açılmasını planlaşdırır. Onun sözlərinə görə, 2021-ci il üçün
prioritet Marneulidə qeyd olunan şəkildə kitabxanaların
açılmasıdır.
Tserakvi ictimai məktəbinin direktoru Salome Mağaşvili “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, kitabxanadan şagirdlər,
həmçinin, digər sakinlər də faydalana bilərlər.
“Bizim məktəbdə də kitabxanamız var və olduqca çox
sayda adam faydalanır. Yardım edənlərimiz də çoxur. Ona görə, əgər
kimsə bizim kənd kitabxanasına kitab hədiyyə etmək istəsə, heç bir
problem olmaz, əksinə sevinclə qarşılayarıq”, –
Salome Mağaşvili bildirdi.
Tserakvinin “kitabxana parkı” oxuculara elmi, eləcə də bədii
ədəbiyyat təqdim edəcək.