Gürcüstan səfiri Aİ-nin mənzil-qərargahına çağırılıb
Gürcüstan səfiri ötən gün Avropa İttifaqının (Aİ) Brüsseldəki mənzil-qərargahına çağırılıb.

Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Karl Xartsel jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfirlə keçirilən görüşdə Tbilisidə fəaliyyət göstərən diplomatların dinlənilməsi barədə yayılan məlumatlar müzakirə olunub.

Qeyd edək ki, Gürcüstanın yerli mətbuatının yazdığına görə, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti Aİ səfiri K.Xartsel də daxil olmaqla, Tbilisidə çalışan diplomatların telefon danışıqlarını gizli şəkildə dinləyib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google