“Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın
Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyini çox müsbət
qiymətləndirib”.
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani baş nazir
İrakli Qaribaşvili və Türkiyənin dövlət başçısı arasında BMT Baş
Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşü şərh
edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanın tərəfdaşları ölkənin irəli sürdüyü
təkliflər barədə yaxşı məlumatlıdırlar:
“Biz Tbilisinin
Cənubi Qafqazda dayanıqlı sülh üçün platformaya çevrilməsi, yeni
təşəbbüs və layihələrimizlə bağlı türkiyəli tərəfdaşlarımızdan daha
bir güclü dəstək aldıq”.
XİN başçısı qeyd edib ki, görüşdə həmçinin Gürcüstanın bölgədəki
mühüm rolunun gələcək perspektivləri və ikitərəfli əməkdaşlıq
məsələləri də müzakirə olunub.
Mənbə: report.az