"Gürcü Arzusu"-nun standartı zorakılıq, yaralama, adam oğurluğudur, təki məqsədinə çatsın"- Qiorgi Vaşadze
"Gürcü Arzusu" -nun standartı zorakılıq, yaralama, adam oğurlamaqdır, təki məqsədinə nail olsun - "Strategiya Ağmaşenebeli"-ın lideri Qiorqi Vaşadze Dmanisidə baş verən hadisəni belə qiymətləndirib.

O, hadisəyə görə hökumətin məsuliyyət daşıdığını bildirib.

“Gürcüstan ölkəmiz üçün standart halına gələn seçkiqabağı presedentlərlə inkişaf etməmiş bir ölkə imici qazanır. Fiziki qarşıdurmalar, bıçaqla yaralam faktları və.s. Məsələn, namizədimizi ərizə yazmaq üçün 8 saat zorla saxlayıblar. Kimsə bunun normal olduğunu düşünürsə, mən bununla razılaşa bilmərəm. Avropanı istəyirikmi? Bunun üçün normal bir seçki mühiti lazımdır. İnsanlar sakitcə seçkilərə qatılır, seçki kampaniyası sakit aparılır, hər kəs öz seçiciləri ilə ünsiyyət qurur, insanlar ölkəni idarə etmək üçün kimə güvəndikləri ilə bağlı qərarlar verirlər. 30 illik müstəqillikdən sonra bu addımı atmaq bu qədərmi çətindir?! Buna görə, oktyabrın 2-də bir sınaq keçiririk", - deyə Vaşadze qeyd edib.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi Dmanisi bələdiyyəsində "Vahid Milli Hərəkat" tərəfdarlarını yaraladığı üçün "Gürcü Arzusu"-nun majoritar namizədi Mixail Dautaşvilinin oğlu Davit Dautaşvilini saxlayıb. Qurumun məlumatına görə, seçkiqabağı görüş zamanı baş verən şifahi və fiziki qarşıdurma zamanı təqsirləndirilən şəxs "Vahid Milli Hərəkat" partiyası tərəfdarlarının üzünə xəsarət yetirmək üçün bıçaqdan istifadə edib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google