"Gürcü Arzusu" -nun standartı zorakılıq, yaralama, adam
oğurlamaqdır, təki məqsədinə nail olsun - "Strategiya
Ağmaşenebeli"-ın lideri Qiorqi Vaşadze Dmanisidə baş verən hadisəni
belə qiymətləndirib.
O, hadisəyə görə hökumətin məsuliyyət daşıdığını bildirib.
“Gürcüstan ölkəmiz üçün standart halına gələn
seçkiqabağı presedentlərlə inkişaf etməmiş bir ölkə imici qazanır.
Fiziki qarşıdurmalar, bıçaqla yaralam faktları və.s. Məsələn,
namizədimizi ərizə yazmaq üçün 8 saat zorla saxlayıblar. Kimsə
bunun normal olduğunu düşünürsə, mən bununla razılaşa bilmərəm.
Avropanı istəyirikmi? Bunun üçün normal bir seçki mühiti lazımdır.
İnsanlar sakitcə seçkilərə qatılır, seçki kampaniyası sakit
aparılır, hər kəs öz seçiciləri ilə ünsiyyət qurur, insanlar ölkəni
idarə etmək üçün kimə güvəndikləri ilə bağlı qərarlar verirlər. 30
illik müstəqillikdən sonra bu addımı atmaq bu qədərmi çətindir?!
Buna görə, oktyabrın 2-də bir sınaq keçiririk", -
deyə Vaşadze qeyd edib.
Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi Dmanisi
bələdiyyəsində "Vahid Milli Hərəkat" tərəfdarlarını yaraladığı üçün
"Gürcü Arzusu"-nun majoritar namizədi Mixail Dautaşvilinin oğlu
Davit Dautaşvilini saxlayıb. Qurumun məlumatına görə, seçkiqabağı
görüş zamanı baş verən şifahi və fiziki qarşıdurma zamanı
təqsirləndirilən şəxs "Vahid Milli Hərəkat" partiyası
tərəfdarlarının üzünə xəsarət yetirmək üçün bıçaqdan istifadə
edib.