Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı məlum oldu
Gürcüstanda ötən sutkada daha 1 698 nəfərdə koronavirus aşkarlanıb, 1 910 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində 38 ölüm faktı qeydə alınıb.

Ölkədə indiyədək 603 763 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. Onların 572 353-ü sağalıb, 8 749-u dünyasını dəyişib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google