Demək olar ki, siniflərdə dərslərin 4 oktyabrda başlayacağına əminik - Tikaradze
Səhiyyə naziri Ekaterine Tikaradzenin sözlərinə görə, ölkədə epidemioloji vəziyyət sabitləşir.

"Ölkədə epidemioloji vəziyyət qənaətbəxşi olsa da, ancaq bölglərdə vəziyyət fərqlidir. Acarıstan, Tbilisi və Kaxetinin nisbətən daha yaxşı bir nisbətə sahib olduğu müşahidə olunur. Ölkə daxilində keçirilən bütün qabaqlayıcı tədbirlərin adekvat bölgələr kontekstində olması vacibdir və bu baxımdan Səhiyyə Nazirliyinin bütün xidmətləri ölkə daxilində vahid bir vəziyyət yaratmaq üçün çalışır", - deyə nazir qeyd edib.

Hökumət, virusun yayılma nisbətinin 4%-dən az olduğu şəhər və kəndlərdə 4 oktyabrdan etibarən dərslərin sinif otaqlarında keçirilməsinə qərar verib.

Bugünkü məlumatlara görə, ölkə üzrə gündəlik pozitivlik nisbəti 6,61%, son 14 gündə -6,85%, son 7 gündə -6,46%-dir.

Mənbə: Publika
Print