Tsitsişvili Klinikasına yerləşdirilən 100-dən çox koronavirusa yoluxmuş uşaqdan 21-i reanimasiyadadır
Yeni Tsitsişvili Uşaq Klinikasının tibb müdiri Maia Çxaidze "Rustavi 2"-yə bildirib ki, hazırda 100-dən çox koronavirusa yoluxmuş uşaq klinikada müalicə olunur.

“Klinikada yüzdən çox xəstə var. Onlardan 21-i reanimasiyadadır. Xəstələrdən üçü tənəffüs aparatı ilə nəfəs alır, onların vəziyyəti sabit və ağırdır. Bir yaşına çatmamış uşaqlar əsasən ailə təmasları nəticəsində koronavirusa yoluxurlar. Bu səbəbdən ailənin bütün üzvlərinin peyvənd olması çox vacibdir”, - deyə Maia Çxaidze bildirib.

Son 24 saat ərzində 1698 yeni koronavirus hadisəsi təsdiqlənib. 1910 xəstə sağalıb, 38 nəfər isə dünyasını dəyişib. Son 24 saat ərzində 25 692 test aparılıb.
Tbilisidə 518, İmeretidə 325 və Kaxetidə 250 hadisə aşkarlanıb.

Müsbətlik dərəcəsi: gündəlik - 6,61%, son 14 gündə - 6,85%, son 7 gündə - 6,46%-dir.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია