"Azərbaycan siyasi və iqtisadi baxımdan güclü
dövlətdir. Hazırda işğaldan azad olunan rayonlarda böyük bərpa
işləri aparılır".
Bunu bu yaxınlarda Qarabağa səfər etmiş ekspert Zura Batiaşvili
Azərbaycan səfirliyində Anım Gününə həsr olunan mərasimdə çıxışında
deyib.
O, bundan sonra Azərbaycanda əmin-amanlıq və sülhün hökm sürəcəyinə
ümidvar olduğunu qeyd edib:
"Bu gün Abxaziyada həlak
olanların da xatirəsi anılır. Ümid edirəm ki, Gürcüstan da ərazi
bütövlüyünü bərpa edəcək".
Qarabağda səfərdə olan "Mtavari arxi" telekanalının operatoru Levan
Kalandia da çıxış edərək təəssüratlarını bölüşüb:
"Bu
gün biz Suxuminin süqut gününü yad edirik. Ümid edirəm ki, tezliklə
Gürcüstan da Azərbaycan kimi ərazi bütövlüyünü bərpa edəcək və
qələbə qazanacaq".
Mənbə:
report.az