Dövlət Marneulidə tamaşaçı mövqeyində və məlumat kampaniyasından kənarda
Bir ildən artıqdır ki, dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Minlərlə yoluxma halı və minlərlə dünyasını dəyişənlər – Gürcüstanda pandemiyanın nəticələri belədir. Koronavirus bütün sahələrdə problem yaratdı və dövlətin harada işləyə bilmədiyini, yaxud işləmək istəmədiyini aydınlaşdırdı.

Bu gün, peyvənd prosesinin başlamasından yarım il sonra, Marneuli və Kvemo Kartlidə peyvənd göstəricisi yenidən aşağıdır. Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin statistik məlumatlarına görə, 15 mart tarixindən 19 sentyabr tarixinə qədər olan dövrdə, Kvemo Kartlidə ümumilikdə 60 143 peyvənd vurulub. Buradan 36 931 minimum bir doza, 23 212 isə tam doza ilə peyvənd olunub. Kaxeti, Sameqrelo, Yuxarı Svaneti, Şida Kartli, İmereti, Acarıstan və Tbilisi peyvənd vurdurmaqda Kvemo Kartlini qabaqlayır.

“Salam” platformasının üzvü Kamran Məmmədli Kvemo Kartlidə peyvəndin aşağı səviyyədə vurulmasını qeyri-gürcüdilli əhalidə məlumat çatışmazlığı ilə əlaqələndirir. Onun sözlərinə görə, dövlət Azərbaycandilli əhaliyə koronavirus peyvəndi barədə məlumatı onların başa düşdüyü dildə vaxtında verməyib. Digər tərəfdən, peyvənd kampaniyası ətrafında yayılmış yanlış məlumatlar əhalidə etimadsızlıq yaradıb. Bu isə regionda peyvənd prosesinə böyük təsir göstərib.

Koronavirus insan haqlarının vəziyyətinə də ziyan vurdu. Bu xüsusilə etnik azlıqların məskunlaşdığı regionlarda baş verdi. Azərbaycandilli vətəndaşların koronavirusun yayılmasına görə tətbiq edilmiş məhdudiyyətlər barədə məlumatı yox idi. Yerli özünüidarə əhaliyə onların başa düşəcəyi dildə məlumat vermədi.

Koronavirus pandemiyası zamanı dövlətin etnik azlıqlara qarşı münasibəti necə idi? Etnik azərbaycanlılar hansı problem qarşısında qaldılar və koronavirus onların hüquq baxımından vəziyyətini necə dəyişdi? – “Marneuli” radiosunun bu suallarına “Salam”-ın təsisçilərindən Kamran Məmmədli cavab verir.

- Artıq iki ildir ki, pandemiya şəraitində yaşamalı oluruq. Demək olar ki, pandemiya ilə mübarizənin birinci xətti Marneulidən keçdi. Koronavirus pandemiyası zamanı dövlətin etnik azlıqların məskunlaşdığı regionlara qarşı münasibətini necə qiymətləndirərdiniz?

- Mən düşünürəm ki, pandemiyanın ilk günlərindən, ümumiyyətlə virusla mübarizə prosesində dövlətin münasibəti problemli idi. Bu anlayışda problemli idi ki, bütün dünyada naməlum virus yayılmışdı və onu idarə etmək, menecment, mümkün nəticələr bütün ölkələrə, həmçinin, Gürcüstana da məlum deyildi. Xüsusilə pandemiyanın idarə edilməsi zamanı dövlətin etnik azlıqlarla münasibətdə necə hərəkət etdiyi düşündürücüdür. Bizim yadımızdadır ki, pandemiyanın il günlərindən, gündə bir neçə nəfərin yoluxma halı qeydə alınırdı, media sahəsində bunun çox qorxulu, ehtiyat edilməli virus olması barədə aqressiv məlumat kampaniyası aparılırdı. Bu virusun ölümcül nəticə verə biləcəyi qeyd olunurdu. Bu reallıqda etnik azlıqların başa düşdüyü dildə belə məlumat kampaniyası aparılmırdı. Təəssüf ki, etnik azlıqların başa düşdüyü dildə məlumat yaymaq öhdəliyi olan İctimai Yayımçı da məlumat vermədi və dövlət tərəfindən yerli medialara dəstək çox zəif idi. Mən düşünürəm ki, bu dövrdə dövlət məsuliyyəti öz üzərinə götürməli idi. Çünki bilirik ki, etnik azlıqların əksəriyyəti dövlət dilini bilmir. Dövlət yerli təşkilatlara, həmçinin, yerli media təşkilatlara gürcü mediasında yayımlanan məlumat qeyri-gürcüdilli əhaliyə də çatdırmaları üçün dəstək göstərməli idi. Bu koronavirusun ilkin mərhələsi idi. Dövlət səhv siyasət düşündü və məlumatlandırma kampaniyasında qeyri-gürcüdilli əhaliyə məlumat çatdırmağı nəzərə almadı. Həmçinin, bir konkret adama görə, dövlətin bütün iki bələdiyyəni, həmin adamda koronavirus olması və müxtəlif yerlərə getməsi səbəbi ilə bağlaması çox problemli qərar idi. Həmin vaxt, eyni vəziyyət idi. Tbilisili, etnik gürcü xəstə virusa yoluxmuşdu, ancaq Tbilisinin həmin məntəqələri bağlanmadı. Yəni dövlət Marneulidə və Bolnisidə istifadə etdiyi mexanizmdən Tbilisidə istifadə etmədi. Mən düşünürəm ki, bu birbaşa diskriminasiya deyildi, ancaq etnik azlıqların saxta diskriminasiyası idi. Etnik azlıqlara qarşı bu yanaşma davam etdi. Həmin bağlanmalarla yanaşı, etnik azlıqların məskunlaşdığıı regionlarda ciddi polis nəzarəti həyata keçirilirdi. Hamı vətəndaşı cərimələməyə başlamışdı, misal üçün, “Sosial Ədalət Mərkəzi”-nin vəkilləri bir neçə hadisədə məhkəmə prossini qazanmışdılar. Həmin hallarda adam sadəcə mağazaya gedirmiş və həmin adamı küçədə başqa adamla görüşdüyünə görə, cərimələyiblər. Polis nəzarəti çox ciddi idi. Yəqin bu arqumentlə ki, onlar əhali ilə fəal ünsiyyət qura bilmir və əhaliyə bunları düzgün izah edə bilmirdilər. Ən əsası isə odur ki, Marneuli və Bolnisi bələdiyyələri bağlandıqdan, bir neçə saat sonra Azərbaycan dilində brifinq təyin olundu. Mülki fəallar isə sosial şəbəkədə buna etirazlarını bildirdilər.

- Etnik azlıqların koronavirus pandemiyasına qarşı münasibəti necədir və onlar hansı əsas problemlər qarşısında dayanır?

- Məlumatlandırma kampaniyası mütləqdir və dövlət, media tərəfindən həyata keçirilmiş məlumat kampaniyasından çox şey asılıdır. Etnik azlıqların koronavirusla bağlı hansı yanaşması olardı, əgər əhaliyə bu məsələ barədə düzgün məlumat verilmirsə, konkret məsələlərlə əlaqədar yanlış məlumat yaymağın çox asan olması faktı çox problemlidir. İlk dövrdə, bu reallıqda, informasiya vakuumunda əhalinin əksəriyyətində bu virusla bağlı yanlış, səhv və problemli fikirlər çox təbii idi. Ancaq demək olar ki, müəyyən dövrdən sonra bu yanaşma, həmçinin, dövlətin ciddi nəzarətindən sonra bu yanaşma dəyişdi. Bu məsələ ilə bağlı araşdırmalar yoxdur. Ancaq mənim müşahidəmə görə, virusla bağlı bilgi yayımlandı və adamlar maraqlandılar. Yanlış fikirlər də var idi. Ancaq düzgün məlumat yayma təcrübələri də var idi. Bunu qeyd etmək çox mühümdür ki, polisin nəzarəti əhalidə çox neqativ münasibət yaradırdı. Belə fikirlər var idi ki, Marneuli və Bolnisini xüsusi olaraq bağlayıblar. Pandemiyanın ilk mərhələsində Marneuli və Bolnisi bələdiyyələrində, etnik azərbaycanlı icmada yayılmış müxtəlif problemli fikirlər mövcud idi. Bir məsələni qeyd etmək də mühümdür ki, bu dövrdə yerli fəalların və medianın rolu çox əhəmiyyətli idi. Həmin adamlar əllərindən gələni etdilər, ancaq dövlət orqanları da tez-tez donor təşkilatları broşürlər paylamaq üçün gözləyirdilər. Biz donor təşkilatların dəstəyindən sonra Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi tərəfindən broşürlərin paylanmasını xatırlayırıq. Ona qədər dövlətin vaxtı yox idi və maliyyə tapa bilmədi ki, əhalinin başa düşdüyü dildə məlumat kampaniyası planlaşdırsın.

- Koronavirus pandemiyası azlıqların inteqrasiyası baxımından hansı əsas çatışmazlıqları üzərə çıxardı və ya müxtəlif problemli məsələlər daha aydın oldumu?

- İki perspektivdən də görülməli olan mühüm məsələlərdən biri inteqrasiya siyasətinin çökməsi idi. Pandemiya bizim ölkə daxilində hələ də bir-birimizdən aralı qruplar olduğumuz reallığını çılpaq şəkildə göstərdi. Əksər hallarda, böhran şəraitində sürətli ünsiyyət, bir-birinə həmrəylik və dəstək göstərmək çox çətindir. Mənim yadımdadır ki, Bolnisi rayonunun Muşevani kəndində kiçik hadisə olmuşdu və bundan sonra çox sayda adam, sosial şəbəkələrdə etnik Azərbaycanlılara qarşı xüsusi aqressivlik nümayiş etdirirdi. Biz dövlət vəzifəsində olan şəxsin şərhini də gördük. O, deyirdi ki, bu adamların birlikdə qapadılması vacib idi ki, qırılsınlar. Bu münasibətlər və azlıqların ünvanına başqa aqressiv, irqçi, ksenofobiya məzmunlu şərhlər əksər hallarda təhqiredici idi. Bu bizə göstərdi ki, gürcü ictimaiyyətinin əksəriyyəti tez-tez günahlandırmağa yer axtarır və bu belə şəraitlərdə etnik azərbaycanlı icma olur. Digər tərəfdən bizə göstərdi ki, belə böhranlı dövrdə etnik azərbaycanlı icmasının başa düşdüyü dildə məlumat verilməsə, inteqrasiya prosesində maneə yaranması çox asandır. Bunların hamısında dövlət sanki tamaşaçı mövqeyində qaldı və heç etiraf da etmədi ki, o, ilk əvvəl, yerli səviyyədə məlumat kampaniyasına başlamamaqla çox böyük səhvə yol verdi. Bu bizim ölkədə inteqrasiya prosesinə çox böyük zərbə vurdu və bizə göstərdi ki, qarşımızdakı vətəndaş inteqrasiyası prosesində boşluqlar və çatışmazlıqlar nə qədər dərindir. Əksər hallarda dövlət bunu qeyri-böhran vəziyyətində heç tanımır da.

- Koronavirus Gürcüstanda etnik azlıqların vəziyyətini hüquq baxımından necə dəyişdi?

- Bu halda bir neçə halla bağlı danışa bilərəm. Ancaq xüsusi olaraq mühüm olan odur ki, etnik azlıqlar üçün məlumat əlçatanlığı, həmin dövrdə, xüsusilə çətin idi. Ümumi məlumatdan başqa, dövlət həmin dövrdə iqtisadi çöküşlərin qarşısının alınması və iqtisadi böhranın aradan qaldırılmasına görə proqram həyata keçirirdi. Biz bu prosesdə gördük ki, vətəndaşlara dəstək proqramına başlayan dövlət, bunların hamısı yalnız və yalnız gürcüdili bilməyən şəxslərə əlçatan idi. Ən çox ziyan çəkən və ən uzun müddət ərzində qapalı qalmış regionlardan biri, Marneuli və Bolnisi bələdiyyələrini nəzərdə tuturam, onlara həmin dövrdə iqtisadi böhran və iqtisadi zərbə Gürcüstanın digər regionlarından daha böyük idi. Buna baxmayaraq, dövlət vətəndaşlara dəstək barədə düşünməyə başlayanda, bütün yardımlar gürcü dilində idi və bizim təşkilat, “Salam” platforması, eləcə də yerli səviyyədə mülki fəal qruplar olmasa, əhalinin böyük qismi bu yardımdan kənarda qalacaqdı. Misal üçün, “Salam” 500-ə yaxın adamı özünüməşğullar kompensasiyasını almaq üçün qeydiyyatdan keçirdi və bizim, yaxud digər fəallar qruplarının fəaliyyəti olmasaydı, bu adamlar həmin yardımı ala bilməyəcəkdilər və qeyri-bərabər vəziyyətə düşəcəkdilər. Biz bu işləri görəndə özünüidarələrdən soruşurduq ki, özləri adamları kompensasiya almaq üçün niyə qeydiyyatdan keçirmirlər. Cavab asan və əlbəttə, bizim üçün qəbuledilməz, anlaşılmaz idi ki, kənddə yaşayan adamlar qonşu, yaxud kimsə başqa adam tapmalı, onun köməyi ilə qeydiyyatdan keçməlidirlər.

- Dövlət nə etməlidir?

- Dövlət yanlış dünyagörüşündən, yaxud yanlış perspektivlərdən irəli gələrək, tez-tez tərcümə resursundan istifadə etməyi təkzib edir. Hələ pandemiyanın ilk günlərindən, vətəndaşların virusla bağlı məlumatlandırılmasına istiqamətlənmiş stopcov.ge veb-səhifəsi yalnız və yalnız gürcü dilində idi. Mülki təşkilatların tövsiyəsi əsasında tərcümə olundu. Bu gün, hələ də peyvənd qeydiyyatından keçmək üçün veb-səhifə yalnız gürcü dilindədir və bu etnik azlıqlar üçün əlçatan deyil Bilirik ki, dövlət regionlara səfər etməyə və yerlərdə peyvənd vurmağa başladı. Bu çox mühümdür, ancaq bununla yanaşı məlumat kampaniyası aparılmalıdır. Çünki, peyvəndlə bağlı əhalinin məlumatı yoxdur. Misal üçün, biz kəndlərdə işləyirik və görürük ki, fiziki imkanları məhdud olan şəxslərin peyvəndi ilə əlaqədar heç bir məlumat mövcud deyil. Etnik azlıqların başa düşəcəyi dildə peyvəndin niyə vacib olması barədə məlumat yoxdur. Bununla yanaşı koronaviusla yanaşı yaşamaq barədə məlumat kampaniyaları da etnik azlıqların məskunlaşdığı regionlarda çox zəifdir. Əlbəttə, dövlətin öz gündəlik fəaliyyətində etnik azlıqların perspektivi barədə düşünməsi çox mühümdür ki, böhran, yaxud qeyri-böhran vəziyyətində də olsa, öz siyasətini etnik azlıqlar icmasının maraqlarından irəli gələrək qiymətləndirsin.

Marneuli yerli özünüidarəsi qeyri-gürcüdilli əhaliyə koronavirus barədə məlumat vermək üçün şəhərdə iki baner yerləşdirib. Marneuli meri səlahiyyətlərini icra edən Zaur Tabatadze bildirdi ki, məlumat yaymaq üçün Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi Aparatı broşürlər də çap edib. Marneuli kəndlərdində merin nümayəndələri olaraq işləyən şəxslər onları payladı. Məlumat kampaniyası çərçivəsində, mer vəzifəsininin icraçısı onun və meriya əməkdaşlarının Marneuli televiziyasına verdiyi müsahibələri də mühüm hesab edir. Müsahibələrdə koronavisua qarşı peyvənddən də söhbət açılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google