Laşa Kveladzeyə qarşı güman ki, bu gün rəsmi ittiham irəli sürüləcək
Rustavi həbsxanasında olan Marneuli Vahid Milli Hərəkatın üzvü Laşa Kveladzeyə qarşı güman ki, bu gün axşam saat 19:00-da ittiham irəli sürüləcək. Bu barədə onun atası, Qivi Kveladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi. Onun sözlərinə görə, Laşa siyasi məhbusdur.

“Laşa Rustavi həbsxanasındadır və hələ də onun saxlanılma səbəbini bilmirik. Bu gün, saat 11:00-da ittiham edilməli idi, təxirə saldılar. Axşam saat 19:00-da onun saxlanılmasından sonra 48 saat tamam olacaq. Ya rəsmi olaraq ittiham edəcəklər, ya da azad olunacaq. Hamımız yaxşı bilirik ki, Laşa siyasi motivlə saxlanılıb”,
– Kveladze bildirdi.

Laşa Kveladze Marneulidə, 3 oktyabr tarixində polis tərəfindən saxlanılıb. Onun saxlanması seçkidən iki gün əvvəl, 30 sentyabr tarixində, baş vermiş qarşıdurma ilə bağlıdır. Laşa Kveladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Gürcü Arzusu”-ndan Sadaxlı üzrə majoritar deputat Rövşən İsgəndərov ona hücum edib. İsgəndərov isə bildirdi ki, Kveladze ona hücum edib. Qeyd edək ki, Rövşən İsgəndərov Marneuli “Geo Hospitals” klinikasına üz nahiyəsində sümük sınıqları ilə aparılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები