Etnik mənsubiyyət və peşəkarlıq – Marneulidə mer vəzifəsinə namizədləri necə təyin edirlər
Namizədin etnik mənsubiyyəti və siyasi keçmişi – 2017-ci ildən Marneuli meri vəzifəsinə, majoritar deputat, yaxud proporsional deputatlığa namizədlər məhz bu iki meyarla seçilir. Marneulidə ilk etnik azlıq nümayəndəsi olan mer 2017-ci ildə yerli özünüidarə seçkiləri nəticəsində seçilib. Ancaq ötən illərdə vəziyyət tam başqa idi. Əhalisinin çoxluğunu etnik azlıq təşkil edən bələdiyyənin azərbaycanlı meri/qubernatoru olmayıb. Müasir demokratiya üçün mer vəzifəsinə namizədin etnik mənsubiyyəti olmamalıdır. Çünki vətəndaşların əsas seçim etməli olduğu namizədin keçmiş təcrübəsi və peşəkarlığıdır. Buna baxmayaraq, Marneulidə mer vəzifəsinə namizədlərin təyin olunması ilə bağlı fərqli təcrübə görürük.

“Gürcü Arsuzu” partiyasından Kənan Ömərov, “Vahid Milli Hərəkat”-dan Eldar Mustafayev və “Avropalı Gürcüstan”-dan Əhməd İmamquliyev – bu üç namizəd Marneuli meri vəzifəsi uğrunda, 2 oktyabr seçkilərində mübarizə aparacaq.

2021-ci il yerli özünüidarə seçkilərində Marneulidə mer vəzifəsinə yalnız üç namizəd qeydiyyatdan keçib. Onların hər üçü etnik azərbaycanlıdır. Marneuli əhalisinin təxminən 83%-ni etnik azərbaycanlılar təşkil edir. Müvafiq olaraq mer vəzifəsinə hər üç namizədin etnik qrup nümayəndəsi olması da təəccüblü deyil. Ancaq, etnik azlıq nümayəndələrinin müxtəlif partiyalardan Marneuli meri vəzifəsi uğrunda mübarizə aparması elə də uzun müddətdir baş vermir.

2017-ci yerli özünüidarə seçkilərində “Gürcü Arzusu”-nun Marneuli meri vəzifəsinə namizədi ilk əvvəl Amiran Qiorqadze idi. Ancaq seçkilərdən 30 gün əvvəl onun namizədliyi Temur Abazovun namizədliyi ilə əvəz olundu. Marneuli sakinlərinin əksəriyyətinin heç tanımadığı namizəd yerli özünüidarə seçkilərinə qalib gəldi. Müxalifət seçki günü saxtalaşdırmalardan söhbət açırdı və bildirirdi ki, Abazov yalnız seçkilərin saxtalaşdırılması yolu ilə qələbə çaldı. Ancaq bir fakt var, həmin gündən Marneulinin ilk dəfə etnik Azərbaycanlı meri var idi.

“2016-cı ildə Gürcüstanda Parlament seçkiləri idi və o zaman Marneulidə çox böyük inkişaf, çox böyük siyasi iştirak var idi. Demək olar ki, əhalinin siyasi oyanışı baş verdi. “Milli Hərəkat”-ın namizədi Əhməd İmamquliyev və “Gürcü Arzusu”-nun namizədi Tamaz Naveriani arasında mübarizə baş tutdu. İkinci tur da keçirildi. Ancaq vətəndaşların yüksək aktivliyi də var idi, eləcə də digər xarici qüvvələr prosesə qoşulmuşdu və həmin seçkilərə böyük müdaxilələr edildi. Düşünürük ki, bundan sonra 2017-ci ilin yerli özünüidarə seçkilərinin taleyi həll olundu. Həmin siyasi razılaşma nəticəsində, əgər seçkilərdə Tamaz Naveriani qalib gələrdisə, yerli özünüidarə seçkilərində mer vəzifəsinə namizəd azərbaycanlı olacaqdı”, – Marneulili mülki fəal Samirə Bayramova bildirir.

Bayramovanın sözlərinə görə, 2017-ci il hadisələrindən sonra Marneulidə vəziyyət qismən dəyişdi. Baxmayaraq ki, bələdiyyə meri etnik azlıq nümayəndəsi idi, bu əhali üçün çox şey demək deyildi. Çünki qeyd olunan vəzifə simvolikdir.

“Elə həmin dövrdə, yerli özünüidarə barədə qanun dəyişdirildi, həmin dəyişiklikdən sonra Bələdiyyə Məclisi və meriya yaradıldı. Ona qədər icra hakimiyyəti idi və həmin orqanın daha çox hüquqi statusu, öhdəliyi və imkanı var idi. Deyə bilmərik ki, bu gün merin də belə öhdəlikləri var. Əlbəttə, əgər etnik azlıq nümayəndələrinin siyasi iştirakı çox mühümdürsə, o zaman onların yerli özünüidarədə təmsil edilməsi onların sayına uyğun olmalıdır. Marneulidə 90%-ə yaxın etnik azlıq nümayəndəsi var, ancaq yerli özünüidarədə faiz baxımından çox az etnik azlıq nümayəndəsi işlə təmin olunub. Yalnız yerli səviyyədə deyil, həmçinin, mərkəzi səviyyədə də etnik azlıq nümayəndələri aparıcı vəzifədə və qərar qəbul edən rolunda deyillər. Təəssüf ki, bu günə qədər onların rolu və funksiyası simvolik, formaldır.”

Bayramovanın sözlərinə görə, Marneulidə etnik azərbaycanlı mer əhalinin təşəbbüsü ilə deyil, siyasi subyektlərin razılığı əsasında seçilib. Onun bildirdiyinə görə, dövlətin konkret inteqrasiya siyasəti yoxdur. Bu səbəbdən belə siyasi hadisələr yalnız və yalnız razılaşma əsasında baş verir.



Bizim apardığımız sorğuda iştirak edən əhalinin əksəriyyəti seçim edən zaman namizədin etnik mənsubiyyətinə əhəmiyyət vermir. Onların bildirdiyinə görə, mühüm olan mer vəzifəsinə namizədin real iş görməsidir. Onun etnik mənsubiyyəti isə ikinci və ya üçüncü dərəcəlidir. Ancaq vətəndaşların bir qismi merin onların etnik qrup nümayəndəsi olmasına sevinir. Düşünürlər ki, bu halda onların problemi daha asan dinləniləcək və həll olunacaq.


“Sosial Ədalət Mərkəzi”-nin təsisçisi Tamta Mikeladze hesab edir ki, yerli özünüidarə səviyyəsində etnik azlıqların iştirakı hiss olunacaq dərəcədə aşağıdırsa, belə reallıqda mühüm olan siyasi partiyaların etnik azlıq qruplarından yeni liderlərin kəşf edilməsinə dəstək olması və onların mer vəzifəsinə namizəd təqdim olunmasıdır. Onun bildirdiyinə görə, etnik azlıqların təmsil olunması halında siyasətçilərdə və siyasi partiyalarda belə təsəvvür yaranır ki, etnik məsələ mühüm olmalı deyil, biz namizədləri vətəndaşların prinsiplərinə əsasən, kvalifikasiyaya, təcrübəyə görə seçməliyik. Etnik faktorları nəzərə almaq müasir, vətəndaş nacionalizminə söykənmiş demokratiyalar üçün düzgün deyil. Ancaq əksər hallarda məhz demokratik dövlətlər sual verirlər ki, etnik azlıq nümayəndələri siyasi proseslərdə, müxtəlif hakimiyyət dairələrində nə dərəcədə təmsil olunurlar.



“Sosial Ədalət Mərkəzi”-nin təsisçisinin sözlərinə görə, etnik azlıq nümayəndələri və onların yerli özünüidarədə işlə təmin olunmasından söhbət gedirsə, həmişə qeyd olunur ki, yerli özünüidarə, yaxud siyasi subyektlər üçün ixtisaslı, peşəkar kadrlar seçmək prioritetdir. Onun bildirdiyinə görə, partiyaların, etnik azlıqlarda müvafiq kadr tapa bilməməli kimi münasibətini qəbul etmək çətindir. Çünki deyə bilmərik ki, heç olmasa Marneuli Bələdiyyə Məclisində təmsil olunan etnik gürcülər, yaxud digər əməkdaşlar çox peşəkardırlar. Mikeladzenin dediyinə görə, Marneuli Bələdiyyə Məclisinin fəaliyyətini müşahidə etdikdən sonra ciddi böhran və çox aşağı peşəkarlıq aydın olub. Bu səbəbdən, onun fikrinə görə, peşəkar kadrlara diqqət yetirmək etnik azlıqlara qarşı həddini aşmış meyardır. Onun sözlərinə əsasən, etnik azlıq nümayəndəsi olan gənclər arasında dövlət dilini yaxşı bilən, öz işinin peşəkarı olanlar çoxdur. Buna görə də siyasi partiyalar məhz onların təmsil olunmasının qayğısına qalmalıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google