Marneulinin büdcəsi 47 233 900 lariyə qədər artıb – Bələdiyyə Məclisi iclasında 4 məsələ müzakirə olunub
Bu gün, 7 oktyabr tarixində, Marneuli Bələdiyyə Məclisinin iclası keçirilib. İclasda müzakirəyə dörd məsələ çıxarılıb.

İclasda Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 2021-ci il yerli özünüidarə seçkiləri barədə söhbətlə açıb. Qiorqadzenin sözlərinə görə, Gürcüstanda və Marneulidə seçkilər sakit rejimdə keçib.

“Mən hər bir Marneuli sakininə minnətdarlığımı bildirirəm ki, seçkidə iştirak etdilər və öz fikirlərini bildirdilər, qalib gəlmiş siyasi partiyanı dəstəklədilər. Bu “Gürcü Arzusu” partiyasıdır. Çünki partiyanın təqdim etdiyi bütün majoritar deputatlığa namizədlər qalib gəlib”, – Amiran Qiorqadze bildirdi.

Qeyd edək ki, Amiran Qiorqadzedən – “Gürcü Arzusundan” fərqli olaraq, “Beynəlxalq Şəffaflıq Gürcüstan” Marneulidə keçirilmiş seçkiləri mənfi dəyərləndirib və qeyd edib ki, ölkə miqyasında ən pis vəziyyət Marneulidə olub.

Qiorqadze seçicilərə minnətdarlığını bildirdikdən sonra Bələdiyyə Məclisində müzakirə olunacaq ilk məsələni təqdim etdi. Məsələ 2021-ci ilin büdcəsinə edilən dəyişikliklərlə bağlı idi. Məsələnin müzakirəsi zamanı Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi ki, Bələdiyyə Məclisinə dəyişikliklər nəticəsində sosial xidmət maddəsinə 10 000 lari əlavə olunub. Çünki dekret məzuniyyəti və bülletenlərin pulu bitib.

“Meriyanın müxtəlif xərclərini ödəmək üçün 140 000 lari əlavə olunur. Xəstələrin sosial təminatı üçün pul da bitib. Ona görə də 170 000 lari əlavə edirik ki, ilin sonuna qədər aztəminatlı əhaliyə yardım edək. Dəyişiklikləri nəzərə almaqla Marneuli yerli özünüidarəsinin büdcəsi 47 233 900 lari dəyərində müəyyən olunub”,
– Vüqar Məmmədov bildirdi.

7 oktyabr tarixində Bələdiyyə Məclisinin iclasında tələbələrinin maliyyələşdirilməsi qaydasında dəyişiklik edilməsi və yerli özünüidarə tərəfindən gənclər layihələlərinin maliyyələşdirilməsi məsələsi də müzakirə olundu.

Bələdiyyə Məclisi üzvləri bütün məsələləri yekdilliklə dəstəklədilər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google