Gürcüstan qonşuları ilə praqmatik münasibətləri davam etdirməlidir – ABŞ eksperti
“Gürcüstan qonşuları ilə praqmatik münasibətləri saxlamalı və avrointeqrasiya kursunu davam etdirməlidir”.

Bunu ABŞ-ın “Heritage Fondu”nun Beynəlxalq Əlaqələr üzrə direktoru Lyuk Koffi Gürcüstan radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələrlə yaxşı münasibətləri qoruyub saxlamalıdır: “Gürcüstan Azərbaycan, Ermənistan və Türkiyə ilə praqmatik münasibətlər üçün bütün səylərindən istifadə etməlidir. Eyni zamanda Avropaya inteqrasiya istiqamətində yolunu davam etdirməlidir”.

L.Koffi hesab edir ki, “3+3” platforması Gürcüstan üçün qəbuledilməzdir və bu format ölkəyə heç nə verməyəcək.

Mənbə: report.az


Print ელ. ფოსტა
FaceBook Twitter Google