Saakaşvili həbsxana həkimləri tərəfindən müayinə olunmasına razılıq verib
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxana həkimləri tərəfindən müayinə olunmasına razılıq verib.

Bu barədə onun vəkili Georgi Qelxauri jurnalistlərə bildirib.


“Şəxsi həkiminin ona baş çəkməsi çox vacibdir. Ona bu hüquq verilmir. Spekulyasiyadan yayınmaq üçün, əksinə, o, həbsxana həkimləri ilə görüşə razılaşır, ancaq yenə də şəxsi həkiminin ziyarət edə bilməsi vacibdir”, - vəkil belə deyib.

Ədliyyə Nazirliyinin sifarişi əsasında ölkənin Səhiyyə Nazirliyi yanında Saakaşvilinin sağlamlığını müayinə edəcək həkimlər qrupu yaradılıb. Qrupun tərkibinə kardiologiya sahəsinin mütəxəssisi Zurab Paqava, endokrinoloq David Metreveli, nevroloq Aleksandr Tsiskaridze, hematologiya və transfuziologiya sahəsinin mütəxəssisi Nino Şaraşenidze, həmçinin keçmiş prezidentin şəxsi həkimi Nikoloz Kipşidze daxil ediləcək.
Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google