"Gürcü Arzusunun" nümayəndələri süpürgə ilə dayanıb bizi təhqir edirlər – Ana Tsitlidze
Sameqrelodan Tbilisiyə gedən konvoyun birində olan millət vəkili Ana Tsitlidzenin verdiyi məlumata görə, Samtredia yaxınlığında "Gürcü Arzusu"-nun nümayəndələri tərəfindən etirazlarla qarşılanıblar, həmçinin, təhqir ediliblər.

Onun sözlərinə görə, Samtrediada süpürgə tutan təxminən 40 adam toplaşıb. Ana Tsitlidzenin sözlərinə görə, Zuqdidi Bələdiyyə üzvləri Tazo Patsatsia, Edita Kodua və Zaza Prokopenko da bunlar arasındadır.

Sameqrelonun müxtəlif bələdiyyələrindən "Vahid Milli Hərəkat"-ın üzvləri və tərəfdarları, Gürcüstanın üçüncü prezidentinin sərbəst buraxılmasını tələb edən mitinqdə iştirak etmək üçün təxminən bir saat əvvəl Tbilisiyə gediblər.

Oktyabrın 14-də müxalifətin bir hissəsi və Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin azad edilməsi tələbini dəstəkləyən insanlar Tbilisidəki Azadlıq meydanına toplaşacaqlar. Mitinqin təşkilatçısı "Vahid Milli Hərəkat"-ın lideri Nika Meliadır.

Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə həbs edilib. Həbsindən bir neçə saat əvvəl Mixeil Saakaşvili Facebook-da Gürcüstanda olduğunu yazıb və tezliklə bunu sübut etmək üçün videolar paylaşıb.

Axşam Daxili İşlər Nazirliyinin xüsusi brifinqində məlum olub ki, Mixail Saakaşvili Tbilisidə həbs edilib.

Mixail Saakaşvili üç instansiya məhkəməsində Valeri Qelaşvili və Sandro Qirqvlianini döyməkdə təqsirli bilinərək 6 il həbs cəzasına məhkum edilib. Bu işlərdə məhkəmənin verdiyi qərarlar qətidir və şikayət edilə bilməz.

Mixeil Saakaşvili Rustavi N12 saylı cəzaçəkmə müəssisəsində 13 gündür aclıq aksiyası keçirir.

Mənbə: radiotavisupleba.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google