Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verəcəyi barədə
yerli mətbuatda yayılan məlumatları təkzib edib.
Bu barədə o, jurnalistlərin sualına cavabında bildirib.
“Baxmayaraq ki, hakim partiya və komandamızın üzvləri
bu məsələ ilə bağlı dəfələrlə açıqlama veriblər, siz təxribat və
dezinformasiya yaymaqda davam edirsiniz”, -
İ.Qaribaşvili söyləyib.
Qeyd edək ki, Gürcüstan mətbuatında İ.Qaribaşvilinin yerli
seçkilərin ikinci mərhələsindən sonra istefa verəcəyi barədə
məlumatlar yer alıb. İkinci turun oktyabrın 30-da keçiriləcəyi
gözlənilir.