Ulduz falı – İşdə və evdə həllini gözləyən məsələlər az deyil
Qoç - uzunmüddətli planlaşdırma üçün münasib zamandır. Xəyallara
dalmayın, illüziyalara qapılmayın. Qüvvə və imkanlanınızı dürüst
qiymətləndirin. Potensialınızın həddini anlayın. Yaxın
ətrafınızdakı insanlarla bağlı düşüncələrinizdə yanılmayın.
Günün ikinci yarısında təkidli və əzmli olsanız, sərfəli anlaşmaya,
karyera pilləkənində irəliləyişə nail ola bilərsiniz. Tez uğura bel
bağlamayın. Məqsədə çatmaq üçün bir neçə dəfə cəhd göstərmək
lazımdır.
İşdə və evdə həllini gözləyən məsələlər az deyil.
Axşam saatlarında normal istirahətə vaxt tapın. Eksperimentlərə əl
atmayın.
Buğa - günün ilk yarısında maliyyə problemləri yarana bilər.
İtkilər və zərər istisna deyil. Gözlədiyiniz gəlir gecikir. Dostlar
və qohumlarınıza yardım üçün müraciət etməli olacaqsınız. İşdə
problemlər yaranacaq. Adi, həmişəki işlər və tapşırıqlar sizə ağır
gələcək. Emosional olmayın, narazı qaldığınızı büruzə verməyin.
Rəhbərliklə mübahisənin qarşıdurma və ya mübahisəyə çevrilməsi
maraqlarınıza ziddir.
Günün ikinci yarısında təmaslarınızda diqqətli davranın. Ailə
qayğıları və məişət problemlərinin sayı artacaq. Yaxınlarınız sizə
diqqət və qayğıya görə minnətdar olacaqlar.
Əkizlər - təşəbbüskar olun. Ən müxtəlif işlərə fəal şəkildə
başlayın. Mürəkkəb məsələlərin həllindən qaçmayın. Yardıma əsla
ehtiyac duymadağınızı düşünməyin. Dostlar və qohumlar dəstək təklif
etsələr, rədd cavabı verməyin. Çünki qayğı vçə problemlərinizi
onlarla bölüşsəniz, vaxtla qüvvələrinizə qənaət etmiş
olarsınız.
Günün ikinci yarısında sərvaxt, ehtiyatlı olun. Travma riski var.
Qida sisteminizdə ağrılar yarana bilər. Kulinar eksperimentlərə
aludə olmayın.
Qəfil səfər sizi həyəcanlandıracaq, amma sonuc yaxşı olmayacaq.
Xərçəng - günün ilk yarısında çox önəmli saydığınız məsələnin
həllinə başlamayın. Bu zaman kəsiyində yeni layihələr və
təşəbbüslər uğursuzluqla başa çata bilər. Müttəfiqlər olmayacaq.
Yardıma və dəstəyə bel bağlamayın.
Düşmənlərin sayını artırmayın. Dəyər verdiyiniz insanların xətrinə
dəyməyin.
Günün ikinci yarısında tərəfdaşlarınızla münaqişə etməyin.
İradlarınıza reaksiyadan sinirlənməyin. Saatlar keçdikcə situasiya
düzələcək, işdə uğurlu dövr başlanacaq. Potensial iş yeri sahibləri
və tərəfdaşlarla danışıqlarda sayıq olun.
Yaxınlarınızla münasibətləri korlamayın. Sevdiyiniz insan ən kiçik
uğurunuza da sevinəcək.
Şir - günün ilk yarısında uzunmüddətli planlar qurmaq,
yaşamınızdakı problemləri həll etmək olar. Daha konkret və praktik
məziyyətli işlərdən birinin yerinə yetirilməsini təxirə salmaq
olar. Ağır işə başlasanız, səhvləri istisna etməyin. Müttəfiqlərlə
fikir ayrılıqları yarana bilər.
Günün ikinci yarısında əməkdaşlığı yarımçıq dayandırmayın. Axşam
saatlarını evdə keçirin. Qonaq qəbul etmək olar. Dəvət etdiyiniz
tədbirdə usanmağınız, yorulmağınız istisna deyil. Çox xoşagəlməz
görüş olacaq.
Sevdiyiniz insana qarşı kəskin iradlar irəli sürməyin.
Qız - yetərincə mürəkkəb gündür. Yaxın ətrafınızdakı insanların
öhdəsindən gələ bilmədikləri, çözə bilmədikləri işi başa çatdıra
bilərsiniz. Mübarizəyə başlayın, dayanmayın. Sonradan istirahət edə
bilərsiniz. Yardımçı və müttəfiqləriniz olacaq. Sizi uğura aparacaq
yolda olduğunu qəti şəkildə bilmirsinizsə, ehtiyatlı davranın.
Günün ikinci yarısında sayıq olun. Belədə seçiminizin dürüstlüyü
aşkarlanacaq. Maraqlı işgüzar təkliflər, yeni məhsuldar
tərəfdaşlığın başlanması istisna deyil.
Axşam saatlarında yeni tanışlıqlar zamanı hisslərinizə hakim olun.
Emosiyalarınız nəzarətdən çıxmasın.
Tərəzi - peşəkar fəaliyyət üçün yaxşı gündür. Çözülməli işləri
görməyə başlayın. Ciddi və məsuliyyətli olun. Problemlərin
öhdəsindən gəlin. Bədxahlar və rəqiblərin sizə maneələr yaratmasına
imkan verməyin. İşdə rəhbərliklə önəmli məsələlərin müzakirəsində
fikir ayrılıqları olacaq. Mövqeyinizin dürüst, planınızın
effektivliyini sübut etməyə çalışın.
Günün ikinci yarısı önəmli görüşlər, sınaqlar, hakimiyyət
mənsubları ilə ünsiyyət üçün yaxşı gündür. Gəlirlər mümkündür. Əldə
etdiyiniz vəsaitdən artıq pul xərcləməyin. Emosional olmayın.
Ailədəki problemi həll etmək olar.
Əqrəb - günün ilk yarısı o qədər də yaxşı deyil. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Kiçik anlaşılmazlıqlar və
çətinliklərin sayı artacaq. Situasiya çətinləşəcək. Dəyərli
avadanlığın sıradan çıxması, önəmli layihənin icrasında
çətinliklərin yaranması istisna deyil.
Eksperimentlərdə sayıq olun.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək.
Dostlar və qohumlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə
yaradacaq. Dəvət aldığınız tədbirə qatılın. Gəlirlər və hədiyyələr
olacaq.
Axşam saatlarında evdən kənarda istirahət edin.
Oxatan - günün ilk yarısı çətin və ağır olacaq. Asan qələbələrə bel
bağlamayın. Nəticəni əldə etmək üçün ciddi işləmək lazımdır.
İntriqalara qatılmayın. Hiyləgərlik etməyin. Fəndləriniz
aşkarlanacaq, problemlərinizin sayı artacaq. Nüfuzlu insanlardan
dəstək almaq cəhdləriniz yaxşı sonuclanmayacaq.
Günün ikinci yarısında aktiv və enerjili olun. Ruhdan düşməyin.
Ehtiyatlı davransanız, itkilərin qarşısını ala bilərsiniz. Ən çətin
anlarda yaxınlarınız və müttəfiqləriniz sizi dəstəkləyəcəklər.
Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq.
Yaşamınız normal məcrada davam edəcək.
Oğlaq - günün ilk yarısı o qədər də uğurlu deyil. Buna rəğmən
yaranan çətinliklərin öhdəsindən gəlməyə çalışın. Ən müşkül və
qarışıq situasiyalarda təmkinli olun, soyuqqanlı davranın.
Dalaşanları sakitləşdirin, küsənləri barışdırın. Ruhdan düşənlərə
ürək-dirək verin.
Yeni dostlar olacaq.
Nüfuzlu insanlarla tanış ola bilərsiniz.
Günün ikinci yarısı dostlar və qohumlarla ünsiyyət, qonaq qəbul
etmək üçün münasibdir. İşgüzar məsələlərin qeyri-formal şəraitdə
müzakirəsi effektiv olacaq. Uzaqdan xəbər gələcək. Nəzərdə
tutulmamış səfər zərurəti yarana bilər.
Axşam saatlarını normal keçirin.
Dolça - dəyişən situasiyaya və fərqli şəraitlərə uyğunlaşmağa
çalışın. Əvvəlcədən hazırlanmış planlarda dəyişikliklərə zərurət
yaranacaq. Ciddi problemlər yaranmayacaq. Kiçik anlaşılmazlıqlara
sərt və aqressiv reaksiya verməyin.
Günün ikinci yarısında nəzər nöqtəniz və baxışlarınız dəyişə bilər.
Əhvalınızda fərqlər önəmli olmamalıdır. Yaxınlarınız sizinlə
davranmağın modelini arayırlar.
Axşam saatlarına yaxın məişət texnikası sıradan çıxa bilər. İnşaat
və təmirlə məşğul olmaq məsləhət deyil. Avadanlıqla, alətlərlə
ehtiyatlı olun. Qənaətcil davranın. Alış-verişdə diqqətli olun.
İstirahət və əyləncəyə çox pul xərcləməyin.
Balıqlar - hadisələrlə zəngin gündür. İşlər çoxdur və onların
əksəriyyəti mühümdür. Hər dəqiqənin hesabı var. Vaxtınızı boşuna
keçirməyin. Mənasız söhbətlərə qatılmayın. Real nəticəni qısa
müddətdə əldə etməyə imkan verən proseslərə üstünlük verin.
Yaxın ətrafınızdakı insanların yardımlarından imtina etməyin.
Günün ikinci yarısında diqqətli və sərvaxt olun. Yaşamınızı
yüngülləşdirməyə çalışın. Nüfuzlu insanlarla ünsiyyət, yaşlı
qohumlarla söhbət üçün yararlı zamandır. Dəyərli hədiyyələr,
gəlirlər istisna deyil. Şəxsi problemlərinizin həllində sizə dəstək
olacaq insan var. Yeni tanışlara inanmağa tələsməyin.
Sizdən sui-istifadə etməyə çalışan insanlar var.