Gürcüstanda koronavirusa daha 3 270 nəfər yoluxub
Gürcüstanda son sutkada daha 3 270 nəfərin koronavirusa yoluxduğu
müəyyən olunub, 26 pasiyent vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 652
677-yə, ölənlərin ümumi sayı isə 9 396-ya yüksəlib.
Ötən 24 saat ərzində sağalanların sayı 1 298 nəfər artaraq 608 861
olub.