Tbilisidə “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirilir
Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirilir.

Tədbir Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunub.

Forumda Azərbaycan və Gürcüstan mediasını, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr və ekspertlər iştirak edir.

Tədbir çərçivəsində “Regionda medianın sülhə dəstəyi” və “Regionda gənclərin sülhdə dəstəyi” mövzularında panel müzakirələri aparılacaq.

Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi forumun tərəfdaşları qismində çıxış edir. Tədbir iştirakçıları sabah Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 44 günlük Vətən müharibəsindəki Zəfərin birinci ildönünümə həsr olunan konfransda bir araya gələcəklər.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google