Dövlət Müfəttişi həbsxana yanğını zamanı məhkumların ölümü ilə bağlı istintaqa başlayıb
Dövlət Müfəttişliyi Xidməti, Rustavi N17 saylı Cəzaçəkmə Müəssisəsində baş verən yanğın nəticəsində məhkumların ölümü ilə bağlı araşdırmalara başlayıb.

İstintaq yanğın təhlükəsizliyi qaydalarının mümkün pozulması və Xüsusi Penitensiar Xidmətin əməkdaşı tərəfindən müəyyən edilmiş qaydalara əməl edilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlıdır.

Qurumdan verilən məlumata görə, istintaq Xüsusi Penitensiar Xidmətdən alınan bildiriş əsasında Gürcüstan Cinayət Məcəlləsinin 243-cü maddəsinin 3-cü hissəsi və 342-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayət zəminində başlayıb.

“Cinayət işində istintaq hərəkətləri gücləndirilmiş rejimdə aparılır:

Hadisə yerinə baxış keçirilib;

Tibbi müayinə təyin edilib;

Yanğın yeri müvafiq mütəxəssislərin iştirakı ilə yoxlanılır, bundan sonra yanğın-texniki ekspertizası təyin olunacaq;

İşdə iştirak edən şəxslər dindirilir;

N17 saylı müəssisənin içərisində və xaricində yerləşən video müşahidə kamerası qeydlərinin hakimin qərarı əsasında tələb edilməsi üçün Xüsusi Penitensiar Xidmətə müraciət edilib.

Dövlət Müfəttişliyi Xidməti səmərəli araşdırmanın təmin edilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək”,
- deyə məlumatda bildirilib.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google