Penitensiar Xidmətdən verilən məlumata görə, Rustavi N17-ci
Cəzaçəkmə Müəssisəsində baş verən yanğın nəticəsində həyatını
itirən məhkumlar həbsxananın təsərrüfat hissəsində işləyiblər.
Eyni zamanda, qurumun açıqlamasına görə, yanğın nəticəsində
penitensiar xidmətin yemək xidməti şirkətinin bir neçə əməkdaşı
yaralanıb.
Penitensiar Xidmətdən verilən məlumata görə, yanğının səbəbi
hələlik məlum deyil.
"Xüsusi Penitensiar Xidmət hadisə ilə əlaqədar dərin
kədərini bildirir və həlak olanların ailələrinə başsağlığı verir.
N17 cəzaçəkmə müəssisəsinin mətbəxində baş verən yanğının iki
məhkumun - Roman Kristesiaşvili və İliya Xipaşvilinin həyatını
itirib. Hər ikisi də müəssisənin təsərrüfat hissəsində
işləyirdi.
Həmçinin,
tüstüdən zəhərlənmə nəticəsində "İli Group" şirkətinin (penitensiar
xidmətin qida xidməti şirkəti) bir neçə əməkdaşı yüngül xəsarət
alıb, sağlamlıqları üçün təhlükə yoxdur.
Saat 14.20 radələrində həbsxananın mətbəx hissəsində naməlum
səbəbdən yanğın baş verib. Xatırladaq ki, mətbəx məhkumların
yaşayış binasından uzaqda yerləşir və yanğının yayılması təhlükəsi
olmayıb.
Hazırda yanğın söndürülüb.
Hadisə barədə dərhal Dövlət Müfəttişliyi Xidmətinə məlumat verilib.
Həmçinin Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi də
məlumatlandırılıb.
Yanğının səbəbləri və mühiti davam edən istintaq tədbiləri
çərçivəsində müəyyən ediləcək", - deyə məlumatda
bildirilib.