Marneulidə karyeranın planlaşdırılması xidməti qüvvəyə minəcək
Bu gün, 15 oktyabr tarixində, Marneulidəki “Marneuli kolleci” MMC, “Marneuli Tibb Kolleci” MMC, “Marneuli İctimai Kolleci” MMC və “Modus Kolleci Marneuli ilə” ictimai hüquqi şəxs peşə təhsil müəssisələrinə iş səfəri həyata keçirilib.

Kolleclərlə iş görüşü “Yerli şəbəkələr və platfromaların bilik, bacarıqlarının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib. Layihəni “Açıq Cəmiyyət Gürcüstan” Fondu Avropa İttifaqının maliyyələşdirdiyi proqram çərçivəsində həyata keçirir.

“Açıq Cəmiyyət Gürcüstan” Fondunun nümayəndəsi Xatuna İoseliani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihə çərçivəsində Kvemo Kartlidə iki tərəfdaş təşkilat, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” və “Yeni Düşüncə İnstitutu” ilə birlikdə işləyirlər.

“Bu proqram çərçivəsində biz gənclərlə, eləcə də peşə müəssisələri ilə işləyirik. Hazırda 13 tərəfdaş peşə müəssisəmiz var. Ancaq bu rəqəm arta bilər. Bizim kolleclərin rəhbərliyi ilə görüşlərimiz keçirili ki, gələcək planlarımızla tanış olaq, bu layihə çərçivəsində nə planlaşdırdığımızı, bu kollecin pedaqoqlarına hansı təlimlərin təklif ediləcəyini, hansı köməkçi dərsliklər üzərində işlənildiyini bilək. Kollec sonradan həmin dərslikdən istifadə edəcək”.

“Açıq Cəmiyyət Gürcüstan” Fondunun nümayəndəsinin sözlərinə görə, gənclərin kollecə səfəri planlaşdırılır ki, onlar kolleclərin proqramları ilə tanış olsunlar.

“Gənclərlə bağlı biz bir neçə istiqamətdə işləyirik. Bu ingilis dili bacarıqlarının gücləndirilməsidir ki, onlara çox sahələrdə işləməyə yardım göstərəcək. Kompüter bacarıqlarının gücləndirilməsi, eləcə də sahibkarlıq bacarıqlarının gücləndirilmə kursunu təklif edəcəyik. Bu gələn ildən qüvvəyə minəcək və bundan əlavə biz uğurlu iştirakçılara biznesdə işləmək, staj keçmək təklif edirik”.

“Marneuli Demokrat Qadınlar Cəmiyyətinin” sədri Olqa Endeladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihə çərçivəsində artıq birinci qrupun ingilis dili və kompüter bacarıqları üzrə kursları başa çatıb. Gələcəkdə əsasən kəndlərdə yaşayan gənclərdən ibarət qrupun toplanması aparılır.

“Həmçinin, üçüncü kurs planlaşdırılıb. Həmin kurs sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə aiddir. Gələn həftədən konsultasiya xidmətinə başlayırıq. Hələ ki, hər şey onlayn olacaq. Ancaq qeydiyyat bazar ertəsindən mümkün olacaq. Bu peşə istiqamətində, kayeranın planlaşdırılması xidməti olacaq. Məktəblərlə əlavə ünsiyyət planlaşdırılıb. Çünki məktəblərdə peşə istiqamətləndirilməsi mühümdür. Bu baxımdan, hələ ki, gənclər, qadınlar və fiziki imkanları məhdud şəxslər arasında çox böyük problemlər var. Bu layihə çərçivəsində bu qruplar bizim əsas məqsədli qruplarımızdır”.

Endeladzenin sözlərinə görə, layihə hələ koronavirus pandemiyası başlayana qədər planlaşdırılıb. Buna görə, onun həyata keçirilməsi zamanı müəyyən çətinliklər qarşısında qalıblar. O, bildirdi ki, çox adamın iştirak edəcəyi görüşləri nəzərdə tutan tədbirləri onlayn məkana keçiriblər.

“Bilik və bacarıqların inkişaf şəbəkəsi və platformalarının” (LİNKS) layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə, “Gürcüstan BMT Assosiasiyası” (UNAG) və “Açıq Gürcüstan Cəmiyyəti Fondu” (OSCF) tərəfindən həyata keçirilir. Kvemo Kartli regionunda layihənin tərəfdaş təşkilatları “Yeni Düşüncə İnstitutu” və “Marneuli Demokrat Qadınlar Cəmiyyətidir”.

Print ელ. ფოსტა
FaceBook Twitter Google